"Əgər biz terrorçuları Afrində məhv etməsək..." R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsi mərkəzinə girmək üzrə olduğunu söyləyib.

926422
"Əgər biz terrorçuları Afrində məhv etməsək..." R.T.Ərdoğan

   Paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Siyasət Akademiyasında çıxışı zamanı Ərdoğan TSQ tərəfindən 20 yanvarda Afrin bölgəsinə qarşı başlanılan Zeytun Budağı Hərəkatında zərərsizləşdirilən terrorçu sayının 3171 olduğunu bildirərək deyib:

  “Artıq hədəf Afrinin özüdür. Mərkəzinə girmək üzrəyik… Biz bu torpaqlarda işğal niyyətilə deyilik, işğal etmək istəyənlərdən təmizləyərək həqiqi sahiblərinə təslim etmək üçün varıq…

  TSQ 815 kvadrat kilometrlik sahəni təhlükəsiz bölgə halına gətirib. İki min kv. kilometrlik ərazini ilkin mərhələdə nəzarət altına alaraq afrinliləri torpaqlarına, evlərinə göndərəcəyik…

  Terror təşkilatı dinc xalqı qalxan olaraq istifadə edir. Separatçı terror təşkilatı YPG/PKK uşaqları, qızları valideynlərinin gözləri qarşısında vəhşicəsinə öldürür…

  Əgər biz terrorçuları Afrində məhv etməsək, gəlib aksiya keçirəcəkləri yer Türkiyədir. Kimsə bizi və özünü aldatmasın. Suriyadakı məsələ hər hansı bir təbəqənin hüququnu qorumaq səyi deyil. Bu gün Afrindəyik, sabah Münbiçdə olacağıq. Fərat çayının şərqindəki İraq sərhədinə qədər terrorçuları təmizləməyə davam edəcəyik."



Әlaqәli Xәbәrlәr