ABŞ Türkiyəyə təşəkkür etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert ABŞ-ın Ankaradakı səfirliyinə qarşı terror aktı həyata keçiriləcəyi ilə bağlı məlumatlardan sonra aparılan təhqiqatlara görə Türkiyə hökumətinə və təhlükəsizlik qüvvələrinə təşəkkür etdi.

924453

  Nauert  mətbuat konfransında məsələ ilə bağlı açıqlama verərək: "Səfirliyimiz dünən konsulluq və viza xidmətlərinə qapalı idi, bu gün açıq olacaq. Türkiyə hökumətinə, polisə və təhlükəsizlik qüvvələrinə bu məsələni təqib etdikləri üçün təşəkkür edirik" dedi.
 
 Qeyd edək ki,  Ankara Valiliyi ABŞ Səfirliyi və vətəndaşlarının qaldığı yerlərə qarşı terror aktı törədilə biləcəyi ilə bağlı ABŞ mənbələrindən alınan məlumatlardan sonra  təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini və əlavə tədbirlər gördüyünü açıqlayıb.
 
 Terror aktı törətmək təşəbbüsü ilə əlaqədar İraq vətəndaşı və terror təşkilatı DEAŞ-ın üzvü olan 4 nəfər yaxalanıb.

Әlaqәli Xәbәrlәr