Hulusi Akar İraqda rəsmi səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ötən gün İraqa rəsmi səfər etdi.

921469
Hulusi Akar İraqda rəsmi səfərdədir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ötən gün İraqa rəsmi səfər etdi.
 
 Akar paytaxt Bağdadda iraklı həmkarı Osman əl-Qənimi ilə görüşdü.
 
 Baş qərargah rəisi görüşdən sonra mətbuat açıqlama verərək həmkarı ilə sərhəd təhlükəsizliyi və terrorizmlə mübarizə məsələləri istiqamətində ikitərəfli hərbi əlaqələrin daha yüksək səviyyəyə çıxarılmasını müzakirə etdiklərini söylədi.
 
Akar: "Həm Türkiyə, həm İraq regiondakı vəziyyət və şərtlərdən irəli gələn  risk və təhdidlərlə üz-üzədir. Bölgənin iki əhəmiyyətli ölkəsi və iki əhəmiyyətli silahlı qüvvələri olaraq əməkdaşlığımızın artaraq davam edəcəyinə inanıram" dedi.
 
 İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qənimi də Akarın Bağdad səfərinin əvvəlcədən planlaşdırılğını bildirərək: "Bu səfər böyük və mühüm proseslərlə bağlıdır. İkitərəfli hərbi münasibətlər təlim, silahlandırılma və kəşfiyyat sahəsində inkişaf etdiriləcək" dedi.
 
 



Әlaqәli Xәbәrlәr