"Türkiyə ilə Mavritaniya arasında möhkəm bir birlik yaranacaq, çünki..." R.T.Ərdoğan

Qərbi Afrikaya rəsmi səfəri çərçivəsində mavritaniyalı həmkarı Məhəmməd Vələd Əbdüləzizlə görüşən Türkiyənin dövlət başçısı Seneqala keçməzdən əvvəl Novakşot Havalimanında birgə mətbuat konfransında çıxış edib.

920349
"Türkiyə ilə Mavritaniya arasında möhkəm bir birlik yaranacaq, çünki..." R.T.Ərdoğan

  R.T.Ərdoğan deyib: “Türkiyə ilə Mavritaniya arasında möhkəm bir birlik yaranacaq. Bu ölkədə Türkiyənin özəl sektorunun fəaliyyətinin artırılması ümumi işimizə fayda gətirər… Ötən ilin dekabrında İqtisadiyyat naziri Nihat Zeybekçi iş adamları ilə Mavritaniyaya səfər etdi. Bu gün də Türkiyə iş adamları Mavritaniyaya mənimlə gəlib və ölkənin biznes nümayəndələri görüşüb… Balıqçılıq sahəsində bir canlanma müşahidə edilir. 40-dan çox balıqçı gəmimiz var Mavritaniyada. Ölkədə metalçılıq sahəsində ciddi potensial var, Türkiyədə də böyük təcrübə… Bu gün iki ölkə arasında turizmdən kənd təsərrüfatı, iqtisadiyyatdan metallurgiyaya qədər müxtəlif sahələrdə müqavilə və protokollar imzalandı. Bu müqavilələr mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək… İqtisadi əlaqələrdə bir mərhələ də Türkiyə Hava Yollarının (THY) Novakşot səfərlərinə başlamasıdır… Mən həm də cənab prezidentə ölkəmizə göstərdiyi həmrəyliyə görə təşəkkürümü bildirirəm. Mavritaniya orqanlarına da FETÖ ilə mübarizədə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm".

  Qərbi Afrika turu çərçivəsində səfərinin ikinci ölkəsi olan Mavritaniya görüşlərini başa çatdırdıqdan sonra Ərdoğan Seneqala yola düşüb.



Әlaqәli Xәbәrlәr