‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 2059 terrorçu mәhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində davam etdirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2059 olmuşdur.

918418
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 2059 terrorçu mәhv edildi

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində davam etdirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2059 olmuşdur.

Başqərargah Rəisliyinin açıqlamasına əsasən, “Zeytun budağı” əməliyyatı çərçivəsində bugün quruda və hava əməliyyatları nəticəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DEAŞ mənsubu daha 38 terrorçu zərərsizləşdirildi. “Zeytun budağı” əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ mənsubu terrorçuların məhv edilməsi istiqamətindəki quruda və hava əməliyyatları davam edir. Əməliyyatın başlandığı 20 yanvardan bəridir zərərsizləşdirilən terrorçu sayı 2059 olub.

Bu terrorçulardan 58-i canlı ələ keçirilib.

Digər tərəfdən TSQ və Azad Suriya Ordusu (ASO) Afrinin şimal-qərbindəki Karmanluk və Aşağı Sinara ilə Yuxarı Sinara kəndləri terrorçulardan təmizləyib.

Bununla da TSQ və ASO Afrindəki terrorçuların Türkiyə sərhədilə təmasını tamamilə kəsərək xilas edilən bölgədəki "hilal"i tamamlamışdır. 

Afrində indiyədək 87-si kənd olmaqla 115 strateji nöqtə terror təşkilatı YPG/PKK-DEAŞ-dan xilas edilib.

Suriya sərhədində yerləşən hərbi dəstələrə əlavə məqsədilə göndərilən Xüsusi Təyinatlı Jandarm və Polis dəstələri Türkiyənin Hatay vilayətinin Hassa qəsəbəsindən Afrinin “Zeytun budağı” əməliyyatında xilas edilən şimal bölgəsinə girmişdir.



Әlaqәli Xәbәrlәr