Rəcəb Tayyib Ərdoğan: "Çexiyanın Saleh Müslimi Türkiyəyə təhvil verməsini istərdik"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çexiyada yaxalanan separatçı terror təşkilatı PYD / PKK-nın sabiq həmsədri Saleh Müslimin Türkiyəyə təhvil verilməsini istədiklərini söylədi.

917933
Rəcəb Tayyib Ərdoğan: "Çexiyanın Saleh Müslimi Türkiyəyə təhvil verməsini istərdik"

Türkiyənin dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan da yaxalanan separatçı terror təşkilatı PYD / PKK-nın qırmızı bülletenlə axtarılan sabiq həmsədri Saleh Müslimin Türkiyəyə təhvil verilməsini istədiklərini söylədi.

Ərdoğan bunu partiyasının Şanlıurfa Konqresindən əvvəl etdiyi çıxışında bildirdi.

Dövlət başçısı :"Arzu edərdik ki, Çexiya Saleh Müslimi Türkiyəyə təhvil versin. Bu zaman haqq yerini tutar. Bunlar ümməti böldülər, bu milləti parçaladılar. Onun üçün biz bu terrorçularla mübarizə edirik. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur, bizim mübarizəmiz terrorçularladır" dedi.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun Budağı” əməliyyatından danışan Ərdoğan Afrinin yavaş-yavaş təslim olduğunu bildirdi.

Dövlət başçısı partiyasının Gaziantep Konqresində etdiyi çıxışda da “Zeytin Budağı” əməliyyatı çərçivəsində bu günə qədər 2021 terrorçunun zərərsizləşdirildiyini ifadə edərək, Afrini terrorçulardan tamamilə təmizlədikdən sonra o torpaqları sahiblərinə verəcəklərini qeyd etdi.

ABŞ-a xəbərdarlıq edən Ərdoğan bunları söylədi: "11 min kilometr uzaqlıqdan qalxıb gələrək bu terrorçuların maaşların verənlər, bizimlə müttəfiqsinizsə, lazımi şəkildə davranın. Deyilsinizsə, onu söyləyin. Biz müttəfiqimizə xəyanət etmədik, bizə xəyanət edənlərə hörmətimiz olmaz".

 

 



Әlaqәli Xәbәrlәr