Dünya Beşdən Böyükdür Dərnəyi yaradıldı

Ərdoğanın Birləşmiş Millətlər Təşkilatında ikili standartı tənqid edərkən dediyi "Dünya 5-dən böyükdür" cümləsi bir dərnəyin ilham qaynağı oldu: Dünya Beşdən Böyükdür Dərnəyi yaradıldı.

918669
Dünya Beşdən Böyükdür Dərnəyi yaradıldı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatında ikili standartı tənqid edərkən dediyi "Dünya 5-dən böyükdür" cümləsi bir dərnəyin ilham qaynağı oldu. Nəticədə Dünya Beşdən Böyükdür Dərnəyi yaradıldı.

  İstanbulda təqdimat toplantısında çıxış edən dərnək sədri Erdal Gürel yeni qeyri-hökumət təşkilatının yaranmasının səbəbləri, məqsədi, perspektivləri və missiyası haqqında məlumat verərək deyib: “Beynəlxalq sülh və təhlükəsizliyin təminindən məsul olan əsas orqan – BMT üzərinə düşən vəzifəni yerinə yetirmir… Dünya əhalisinin böyük bir qismi masa kənarında qalır. Biz 1,7 milyard müsəlmanın təmsil edilmədiyi ədalətsizlik rejimə qarşı çıxırıq. Müəyyən hədəflərimiz istiqamətində Dünya Beşdən Böyükdür Dərnəyi adı altında hərəkət etməyə qərar verdik… Məzlumlara qarşı ikili standart terrorizmə zəmin hazırlayır, tətbiq edilən haqsızlıqların çevrəsi genişlənir, ciddi bir etimadsızlıq yaranır. Bu vəziyyət milyonlarla insanı ümidsizləşdirir. Unudulmamalıdır ki, birimiz etibarlı deyilsək, heç birimiz deyilik. Bu gün qarşı-qarşıya qaldığımız beynəlxalq terrorun bəsləndiyi əsas mənbələrindən biri məhz bu inamsızlıq hissi, məyusluq duyğusudur… Məzlumlara qarşı ikili standart, uşaqların öldürülməsinə qarşı laqeydlik bütün dünyada terrora oksigen verir. BMT və beynəlxalq təşkilatlardan ümidini kəsənlər terror bataqlığında batır və ya terror tələsinə salınır… Dünyanın beş ölkədən böyük olduğunu sübut etməyə səy göstərəcəyik”.



Әlaqәli Xәbәrlәr