Afrinlilər torpaqlarına qayıdacaq, əmin-amanlıqla həyatlarına davam edəcəklər

Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın Afrin bölgəsi  tamamilə PKK/PYD/YPG, DEAŞ-dan təmizləndikdən sonra evlərindən, ailələrindən ayrılmaq məcburiyyətində qalan və Türkiyəyə sığınan təxminən 350 min afrinlinin torpaqlarına qayıdacağını bildirdi.

917952
Afrinlilər torpaqlarına qayıdacaq, əmin-amanlıqla həyatlarına davam edəcəklər

Türkiyənin baş naziri Binəli Yıldırım  Kocaelidəki Gölcük Tərsanəsi Komandanlığında keçirilən "Muratreis" sualtı gəmisinin ilk qaynaq mərasimində çıxış etdi.
 

Baş nazir çıxışında Türkiyənin regionda  yalnız öz torpaqlarının bütövlüyünü, sərhədlərinin və vətəndaşlarının  təhlükəsizliyini təmin etməklə kifayətlənmədiyini, regiondakı qeyri-sabitliyin  aradan qaldırılması üçün də mühüm bir töhfə verdiyini bildirdi.
 
Yıldırım ötən il keçirilən "Fərat Qalxanı" əməliyyatı nəticəsində 2 min kvadrat kilometrdən artıq bir sahənin DEAŞ-dan və PYD, YPG, PKK separatçı terror təşkilatlarından azad olunduğunu və 140 min insanın evlərinə qayıdaraq bölgəyə yerləşdiyini bildirdi.
 
Binəli Yıldırım sözlərinə belə davam etdi: "7 ildir ki, bölgəni  vətəndaş müharibəsi ilə böyük bir xaosa sürükləyən, "regiona sabitlik gətirəcəyəm" deyərək, bir istila layihəsi həyata keçirən imperialist qüvvələr nə Suriyaya sabitlik, nə də bölgədəki insanların dərdinə çarə olmaq üçün ciddi bir addım atdılar. Lakin bunun tək istisnası var, o da Türkiyədir. İstər DEAŞ ilə, istərsə də  separatçı terror təşkilatı ilə həqiqi mənada mübarizə aparan ölkə Türkiyədir".
 
 "Fərat Qalxanı" əməliyyatında 3600 DEAŞ terrorçunun zərərsizləşdirildiyini qeyd edən Baş nazir indi də Türkiyənin cənub sərhədlərinə qarşı təcavüzlərə son qoymaq, vətəndaşın  təhlükəsizliyini təmin etmək, digər tərəfdən Afrində yaşayan təxminən 500 min ərəb, kürd, Türkmən və digər etnik qrupları separatçı terror təşkilatının zülmündən xilas etmək üçün "Zeytun Budağı" əməliyyatının  keçirildiyini  xatırlatdı.
 
 Yıldırım yaşayış məntəqələrinin, kəndlərin arxa-arxaya terror təşkilatlarından azad olunduğunu bildirərək: " PKK,YPD, YPG, DEAŞ  bölgədən təmizləndikdən sonra evlərindən, ailələrindən ayrılmış və Türkiyəyə sığınmış təxminən 350 min afrinli torpaqlarına qayıdacaq, orada əmin-amanlıq içində həyatlarına davam edəcəklər" dedi.
 



Әlaqәli Xәbәrlәr