‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 2018 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

917657
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 2018 terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 2018-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, terror tәşkilatları PKK/KCK/PYD/YPG-DEAŞ  üzvü terrorçuların zәrәrsizlәşdirilmәsi üçün keçirilәn әmәliyyatlar davam etdirilir.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 2018  terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Bu arada TSQ və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Şeyx Muhammedli, Dudu, Semalık, Velikli və Kavanda kәndlərini terrorçulardan tәmizlәyib.

Beləliklə TSQ və ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir YPG/PKK-DEAŞ-ın işğalındakı Afrində  biri mərkəz olmaqla 80-i kənd, 6-sı kәnd әtrafı әrazi və 20-si strateji dağ və yüksəklik,  biri YPG/PKK-ya aid düşərgə olmaqla 109 nöqtəni təşkilatdan azad etmişdir. 



Әlaqәli Xәbәrlәr