‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1931 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

917243
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1931 terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1931-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, bu gün keçirilәn әmәliyyatlar nәticәsindә PKK/KCK/PYD-YPG vә DEAŞ üzvü 58  terrorçu da mәhv edilib.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 1931  terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Terror yuvalarına havadan vә qurudan zәrbәlәr endirilir.

Bu arada TSQ və Azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Ebu Kabe  və Hacılar  kәndlərini terrorçulardan tәmizlәyib.

Beləliklə TSQ və ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir YPG/PKK-DEAŞ-ın işğalındakı Afrində  biri mərkəz olmaqla 75-i kənd, 6-sı kәnd әtrafı әrazi və 20-si strateji dağ və yüksəklik,  biri YPG/PKK-ya aid düşərgə olmaqla 103 nöqtəni təşkilatdan azad etmişdir. 

Digər tərəfdən Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargahından verilən məlumatda fevralın 17-23 tarixləri arasında separatçı terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 28 terrorçunun məhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr