‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1873 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

916614
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1873 terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1873-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, bu gün keçirilәn әmәliyyatlar nәticәsindә PKK/KCK/PYD-YPG vә DEAŞ üzvü 44 terrorçu da mәhv edilib.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 1873  terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Terror yuvalarına havadan vә qurudan zәrbәlәr endirilir.

Digər tərəfdən TSQ və azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Bafter kәndini terrorçulardan tәmizlәyib.

Beləliklə TSQ və ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir YPG/PKK-DEAŞ-ın işğalındakı Afrinin 5 yaşayış məntəqəsində biri mərkəz olmaqla 69-sı kənd, 6-sı kәntәtrafı әrazi və 20-si strateji dağ və yüksəklik,  biri YPG/PKK-ya aid düşərgə olmaqla 96 nöqtəni təşkilatdan xilas etmişdir. 



Әlaqәli Xәbәrlәr