Hollandiya parlamentinin erməni iddialarını tanıma qərarı Türkiyə üçün heç bir məna kəsb etmir

Türkiyə Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanıma qərarının Türkiyə üçün rəsmi məna daşımadığını bildirdi.

916635
Hollandiya parlamentinin erməni iddialarını tanıma qərarı Türkiyə üçün heç bir məna kəsb etmir

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik Hollandiya parlamentinin erməni iddialarını tanıma qərarı ilə əlaqədar açıqlama verərək, bu qərarı qınadıqlarını və bunun Türkiyə üçün heç bir mənasının olmadığını bildirdi.

Çelik: "Biz Srebrenitsa kimi bir soyqırım məsələsində son dərəcə səhv işlərə imza atan Hollandiyanın bu mövzularda daha diqqətli davranmasını arzu edərdik. Türkiyə üçün bu qərarın heç bir mənası yoxdur" dedi.

Çelik Hollandiyanın 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını tanıma qərarının Ermənistanı tənhalığa sürüklədiyini söylədi.

Qeyd edək ki, 1995-ci ilin iyul ayında Serbiya hərbi birliklərinin sistematik şəkildə həyata keçirdikləri qətliamlarda yalnız Srebrenitsada beş gün içində 8372 bosniyalını qətl edilib, yüzlərlə qadın və kiçik yaşlı qız uşağı təcavüzə məruz qalıb. Bir gün içində 20 mindən çox qaçqın Srebrenitsadan zorla çıxarılıb.

Serbiya hərbçilərinin hücumlarından qaçan minlərlə bosniyalı Birləşmiş Millətlər Təşkilatı tərəfindən "təhlükəsiz bölgə" elan edilən və  Hollandiyanın 400 sülhməramlı əsgəri tərəfindən qorunan Srebrenitsaya sığınıb. Minlərlə bosniyalı hollandiyalı əsgərlər tərəfindən 11 iyul 1995-ci ildə Ratko Miladiçin (başqa adı "Serb qəssabı") komandanlığındakı serb əsgərlərinə təslim edilib. Əsgərlər 12 yaşdan böyük olan kişiləri bir, qadınları başqa sıraya düzüblər. Qadınlara təcavüz edilib, kişilər isə öldürülmək üçün yük maşınları və avtobuslara doldurulublar.

 



Әlaqәli Xәbәrlәr