‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1829 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

915711
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1829  terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1829-a yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin (TSQ) Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, bu gün keçirilәn әmәliyyatlar nәticәsindә PKK/KCK/PYD-YPG vә DEAŞ üzvü 49 terrorçu da mәhv edilib.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 1829 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Digər tərəfdən TSQ və azad Suriya Ordusu Afrinin cənub-qərbindəki Cinderes yaşayış məntəqəsinə bağlı Tell Dilur kəndi ilə Afrinin şimalındakı Mikdad və Ali Racu kəndlərini terrorçulardan təmizləyib.

Beləliklə TSQ və ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir YPG/PKK-DEAŞ-ın işğalındakı Afrinin 5 yaşayış məntəqəsində biri mərkəz olmaqla 66-sı kənd, 6-sı kəndə bağlı kiçik məntəqə və 20-si strateji dağ və yüksəlti, biri YPG/PKK-ya aid düşərgə olmaqla 94 nöqtəni təşkilatdan xilas etmişdir. 

 



Әlaqәli Xәbәrlәr