Boks üzrə dünya çempionu prezidentin qəbulunda olub

Boks üzrə dünya çempionu Suriya mənşəli boksçu Mahmud Ömər Manuel Çarrı prezident R.T.Ərdoğanın qəbulunda olub.

915541
Boks üzrə dünya çempionu prezidentin qəbulunda olub

Prezident administrasiyasında mətbuata qapalı reallaşan qəbulda, dünya çempionu Çarri qazandığı kəmərləri prezidentə təqdim edib. Kəmərin üzərində mərhum boksçu Məhəmməd Əli və prezident Ərdoğanın fotoşəkillərinin olması diqqət çəkib. Qəbulda Baş nazir Binali Yıldırım, Gənclik və İdman Naziri Osman Aşkın Bak da olub.

Dünya çempionu boksçu Çarrı, daha əvvəl verdiyi açıqlamada, qazandığı kəmərləri, Suriyalılara etdiyi yardımlara görə minnətdarlığını bildirmək üçün prezident Ərdoğana təqdim etmək istidiyini qeyd etmişdi.

 



Әlaqәli Xәbәrlәr