“Zeytun budağı” əməliyyatında 1780 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında 1780 terrorçu zərərsizləşdirildi.

915016
“Zeytun budağı” əməliyyatında 1780 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında 1780 terrorçu zərərsizləşdirildi.

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1780-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Əməliyyat çərçivəsində bugün hava və qurudakı əməliyyatların nəticəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DEAŞ mənsubu daha 65 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Digər tərəfdən TSQ və Azad Suriya Ordusu (ASO) Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan təmizlədi.

"Zeytun budağı" əməliyyatında dünən nahardan sonra Afrinin Dayr Savvan kəndi xilas edilərək, terrorçuların Afrində Türkiyənin Kilis şəhərilə olan sərhəd təması kəsilmişdi.

Uverkan kəndinə nəzarətin ələ keçirilməsilə əməliyyat cənub istiqamətində dərinləşdirildi.

TSQ və əməliyyatlara dəstək verən ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir terror təşkilatı YPG/PKK-DEAŞ-ın işğalındakı Afrinin 5 rayonundan biri qəsəbə mərkəzi, 62-si kənd, 6-sı kənddən kiçik yaşayış yeri və 20-si  strateji dağ və yüksəlti, biri YPG/PKK-ya məxsus düşərgə olmaqla 90 nöqtəni təşkilatdan xilas etmişdir. 



Әlaqәli Xәbәrlәr