"Türkiyәnin Dәmәşq rejimi ilә rәsmi görüş keçirmәsi mümkün deyil", İ.Kalın

İbrahim Kalın Türkiyәnin Dәmәşq rejimi ilә rәsmi təmas qurmasının mümkün olmadığını bildirib.

915283
"Türkiyәnin Dәmәşq rejimi ilә rәsmi görüş keçirmәsi mümkün deyil", İ.Kalın

Dövlәt Aparatının şözçüsü İbrahim Kalın dünәn Suriyanın Afrin bölgәsinә daxil olmağa çalışan rejimә sadiq terrorçu qrupların  Türk әsgәrlәrinin xәbәrdarlıq atәşi nәticәsindә geri çәkildiyini deyib.

İbrahim Kalın keçirdiyi mәtbuat konfransında gündәmә dair bәyanatlar verib vә jurnalistlәrin suallarını cavablandırıb.

‘‘Bәşәr Әsәd rejimi ilә separatçı terror tәşkilatı PKK-nın qolu YPG arasında razılaşma imzalanıbmı? deyә  xәbәrlәr yayıldı. Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs edәn 40-50 maşından  ibarət konvoy  top atəşindən sonra geri çəkildi. Belә bir razılaşmanın olduğundan söhbәt gedә bilmәz.  Razılaşma olsa belә ‘‘Zeytun Budağı’’ әmәliyyatı ilә bağlı planlarımızı hәyata keçirmәyә davam edәcәyik’’,- deyә İbrahim Kalın qeyd edib.

Rusiyanın Dəməşq rəhbərliyi ilə birbaşa görüş tәklifi ilә bağlı sualı cavablandıran İbrahim Kalın bildirib ki, Türkiyәnin Dәmәşq rejimi ilә rәsmi görüş keçirmәsindәn söhbәt gedә bilmәz. Astana prosesi çәrçivәsindә yaratdığımız bir mexanizm var. Burada verdiyimiz mesajlar Dәmәşq rejiminә Rusiya vә İran vasitәsilә çatdırılıb. Bizim rәsmi görüş keçirmәyimizdәn söhbәt gedә bilmәz.  Ancaq fövqәladә şәrait  yaranarsa  müәyyәn problemlәri hәll etmәk üçün müvafiq orqanlarımız, yәni nәzәrdә tutduğum Milli Kәşfiyyat İdarәmiz birbaşa vә ya vasitəli olaraq bәlli görüşlәr keçirә bilәr. Bu onsuz da idarәmizin әsas vәzifәlәri arasındadır.

Türkiyә-ABŞ münasibәtlәrinә dә toxunan İbrahim Kalın: ‘‘ABŞ-dan gözlәntilәrimiz çox açıqdır: YPG ilә olan әmәkdaşlığını dayandırmalıdır. Donald Tramp rәhbәrliyi bu terror tәşkilatı ilә bağlı konkret addımlar atmalıdır. Ayrıca Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyi  ilә bağlı da konkret addımların atılmasını gözlәyirik.’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr