Şəmdinli rayonunda iki əsgərimiz şəhid olub

Hakkari vilayətinin Şəmdinli rayonunda terror təşkilatı PKK mənsubu quldurlar tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində iki əsgər şəhid olub biri də yaralanıb.

915150
Şəmdinli rayonunda iki əsgərimiz şəhid olub

Baş qərargah komandirliyinin hadisə ilə əlaqəli şərhində bildirilib ki, Şəmdinli rayonunun Çam Təpə bölgəsində Türk silahlı qüvvələrinin həyata keçirdikləri əməliyyat zamanı xain terror təşkilatları tərəfindən yerləşdirilmiş bomba partlayıb. Hadisə nəticəsində iki əsgərimiz şəhid olub, bir əsgər də yaralanıb. TSQ nəcib Türk millətinin dəstəyilə bütün terroristlər məhv edilənə qədər terrora qarşı mübarizəsini  davam edəcək.

 



Әlaqәli Xәbәrlәr