Binəli Yıldırım:''Türkiyə eyni anda birdәn çox terror təşkilatıyla mübarizə aparan yeganə ölkədir''

Binәli Yıldırım Çankaya Köşkündә keçirilәn  Xarici İqtisadi Әlaqәlәr Şurasının toplantısında çıxış edib.

915324
Binəli Yıldırım:''Türkiyə eyni anda birdәn çox terror təşkilatıyla mübarizə aparan yeganə ölkədir''

Türkiyәnin Baş naziri Binəli Yıldırım Türkiyənin eyni anda birdәn çox terror təşkilatıyla mübarizə aparan yeganə ölkə olduğunu deyib.

Binәli Yıldırım Çankaya Köşkündә keçirilәn  Xarici İqtisadi Әlaqәlәr Şurasının toplantısında çıxış edib.

‘‘Türkiyә terror tәşkilatları PKK, DEAŞ vә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyi ilә eyni anda mübarizә aparır. FETÖ/PDY-nın 2016-cı il  iyulun 15-dә hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdi başqa bir ölkәdә yaşansaydı hәmin ölkә darmadağın olardı’’ deyәn Baş nazir: ‘‘Bu da bizim millәtimizin istiqlalına necә sadiq olduğunun göztәricisidir’’ deyә qeyd edib.

Beştepe Millət, Mədəniyyət və Konqres Merkezinde 11-ci İnkişaf Planı Təqdimat Toplantısında da iştirak edәn Binәli Yıldırım Suriyanın  Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan ‘‘ Zeytun Budağı’’ әmәliyyatına da toxunaraq bildirib ki: ‘‘Qәhraman әsgәrlәrimizin  Afrinin  әtrafında yaratdığı cәbhәlәr birlәşmәyә başladı. Yaxın zamanda Afrinin tamamında terrorçulara layıqli cavab verilәcәk.’’

Binәli Yıldırım çıxışında iqtisadi göstəricilərə də toxunaraq bildirib ki: ''11-ci İnkişaf Planının ilkin prioriteti milli gәliri daha da artırmaqdır.’’



Әlaqәli Xәbәrlәr