‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1715 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

914046
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1715  terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1715-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, terror tәşkilatları YPG/PKK-DEAŞ  üzvü terrorçuların zәrәrsizlәşdirilmәsi üçün әmәliyyatlar keçirilib.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 1715 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Türkiyә Silahlı Qüvvәlәri və Azad Suriya Ordusu  Afrinin şimal-şərqindəki Zeytunə, hәmçinin Hayyam,Surain,Çarkanlı, Şeran, Zeytinlik, Arpaviran,Mervanә və Heygece kəndləri ilə Kalki bölgәsi terrorçulardan  təmizləyib.

 



Әlaqәli Xәbәrlәr