Mövlud Çavuşoğlu Suriya rejiminin Afrinә daxil olduğu ilә bağlı iddiaları tәkzib edib

Özәl televiziya kanallarından birinә müsahibә verәn Mövlud Çavuşoğlu Bәşәr Әsәdin separatçı terror tәşkilatı PKK-nın qolu  PYD/YPG ilә Afrinә daxil olma mәsәlәsindә razılaşdığı ilә bağlı iddialara münasibәt bildirib.

914316
Mövlud Çavuşoğlu Suriya rejiminin Afrinә daxil olduğu ilә bağlı iddiaları tәkzib edib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu Suriya rejiminә sadiq qüvvәlәrin Afrinә daxil olduğu ilә bağlı iddiaları tәkzib edib.

Özәl televiziya kanallarından birinә müsahibә verәn Mövlud Çavuşoğlu Bәşәr Әsәdin separatçı terror tәşkilatı PKK-nın qolu  PYD/YPG ilә Afrinә daxil olma mәsәlәsindә razılaşdığı ilә bağlı iddialara münasibәt bildirәrәk: ‘‘YPG-ni müdafiə edənlәr  bizim üçün YPG-dir”

‘‘YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır. Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizә mane ola bilmәz’’, deyә Mövlud Çavuşoğlu qeyd edib.

Mövlud Çavuşoğlu yanvarın 20-dә Afrindә başlanan ‘‘Zeytun Budağı’’ әmәliyyatının YPG üzvü terrorçuların  buradan tәmizlәnәnәdәk davam etdirilәcәyini deyib.



Әlaqәli Xәbәrlәr