George İvanov Türkiyə Böyük Millət Məclisində oldu

Makedoniya prezidenti George İvanov Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankarada rəsmi səfərdədir.

914530
George İvanov Türkiyə Böyük Millət Məclisində oldu

Makedoniya prezidenti George İvanov Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankarada rəsmi səfərdədir.
 
İvanov ilk olaraq, baş nazir Binəli Yıldırımla yemək ziyafətinə qatıldı.

Daha sonra Makedoniya prezidenti Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanla görüşdü.
 
Kahraman  Makedoniya prezidentini Məclisdə görməyə şad olduğunu ifadə etdi.
 
 İvanov  çox ülvi amallarla mübarizə aparan, vətənin birliyini qorumaq üçün böyük mücadilələr göstərən və təəssüf ki, itkilər verən Türk əsgərlərinə başsağlığı verdi.
 
 15 iyul 2016-cı il xain dövlət çevrilişi cəhdi ilə əlaqədar kədərini dilə gətirən İvanov: Ertəsi gün səhər heç gözləmədən Türkiyənin demokratik yolla seçilmiş nümayəndələrinin yanında olduğumuzu və dəstək verdiyimizi ən açıq şəkildə bildirdik" dedi.
 
 Makedoniya prezidentinin axşam saatlarında prezident Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulur.
 
Təkbətək keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı olacaq.
 
 George İvanov sabah  Ali Təhsil Şurasının (YÖK) sədri professor Yekta Saraçın  dəvəti ilə YÖK-ün qonağı olacaq.
 
 YÖK-dən verilən yazılı açıqlamada  iki ölkə arasında ali təhsil sahəsindəki əlaqələrin müzakirə olunacağı bildirilir.
 
 Ivanovun Türkiyə universitetlərinin rektorları və alimlərinin iştirakı ilə təşkil olunacaq "Üçüncü Minillikdə Ali Təhsildəki Problemlər, İmkanlar" mövzusunda konfransa qatılacağı, burada iştirakçıların suallarını cavablandıracağı qeyd edildi.



Әlaqәli Xәbәrlәr