Bәkir Bozdağ:‘‘Rejim qüvvәlәrinin Afrinә daxil olacağı ilә bağlı yayılan xәbәr yalandır’’

Baş nazirin müavini vә hökumәt sözcüsü  Bәkir Bozdağ Suriyada rejim qüvvәlәrinin  separatçı terror tәşkilatı PKK-nın qolu YPG-ni qorumaq üçün Afrinә daxil olmasının fәlakәtә sәbәb olacağını deyib.

913857
Bәkir Bozdağ:‘‘Rejim qüvvәlәrinin Afrinә daxil olacağı ilә bağlı yayılan xәbәr yalandır’’

Nazirlәr Kabinetinin toplantısından sonra açıqlama verәn Bәkir Bozdağ Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatının planlaşdırılmış  şәkildә davam etdirildiyini bildirib.

Türkiyәnin qәtiyyәtli olduğunu deyәn Bәkir Bozdağ rejim qüvvәlәrinin Afrinә daxil olacağı ilә bağlı yayılan xәbәrin yalan olduğunu qeyd edib.

Baş naziri müavini  bu barәdә tәhlükәsizlik mәnbәlәrinin mәlumat verdiyini bildirib.

‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayının 1651 yüksәldiyini bildirәn Bәkir Bozdağ  bölgәdәki son terrorçu mәhv edilәnәdәk  mübarizәnin davam etdirilәcәyini vurğulayıb.

Bәkir Bozdağ Amerika Birlәşmiş Ştatları ilә Münbiç mövzusunda aparılan danışıqlar ilә bağlı bildirib ki:’’ Türkiyә  Münbiçin terrorçulardan tәmizlәnmәsindә qәtiyyәtlidir. ABŞ oradan YPG-ni geri çәkmәsә son sözü biz deyәrik. Ümid dirik ki, әmәliyyata ehtiyac olmadan dialoq yolu ilә hәll edilәr.’’



Әlaqәli Xәbәrlәr