Afrin məsələsində rejim ilə PYD/YPG-nin razılıq əldə etməsi xəbəri təbliğat məqsədi daşıyır

Türkiyə Dövlət Aparatı Suriya rejimi ilə separatçı terror təşkilatı PKK-nın bu ölkədəki qolu olan PYD/YPG arasında Afrin bölgəsinə dair razılaşma əldə edilməsi iddiaları ilə bağlı açıqlama verdi.

914116
Afrin məsələsində rejim ilə PYD/YPG-nin razılıq əldə etməsi xəbəri təbliğat məqsədi daşıyır

Türkiyə Dövlət Aparatının sözçüsü İbrahim Kalın Twitter hesabından Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatı və Suriya rejimi ilə separatçı terror təşkilatı PKK-nın bu ölkədəki qolu olan PYD/YPG arasında Afrin bölgəsinə dair razılaşma əldə edilməsi iddiaları ilə bağlı açıqlama verdi.
 
Açıqlamada deyilir: "Afrin məsələsində rejim ilə PYD/YPG-nin razılıq əldə etməsi xəbərinin təbliğat məqsədli olduğu açıqdır.  Lakin bu, bir sıra gizli və çirkli sövdələşmələrin olmadığı mənasına da gəlmir. Kim nə edirsə etsin, "Zeytun Budağı" əməliyyatı planlaşdırdığı şəkildə davam edəcək və məqsədinə çatacaq".

 



Әlaqәli Xәbәrlәr