"Yeni hökumət vəzifəyə başladıqdan sonra bu səfərlər gündəmə gələcək", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım Almanyada yeni hökumət qurulduqdan sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfər edəcəyini deyib.

913240
"Yeni hökumət vəzifəyə başladıqdan sonra bu səfərlər gündəmə gələcək", B.Yıldırım

    Almaniya DPA xəbər agentliyinə müsahibə verən B.Yıldırım deyib: “Almaniyada hökumət qurulub rəsmən vəzifəyə başladıqdan sonra mütləq yüksək səviyyəli qarşılıqlı səfərlər gündəmə gələcək. A.Merkel də Türkiyəyə gələcək. Ümumiyyətlə, hər iki ölkənin Xarici İşlər nazirləri daha tez-tez görüşəcək. Ölkə başçımız Ərdoğan Almaniyada yaşayan türk siyasətçilərin də seçki mitinqlərinə qoşulmağını istəyir. Bu, Almaniyanı narahat etməməlidir... Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə haqqında yaydığı “səyahət xəbərdarlığı”nın da tezliklə aradan qaldırılmasına ümid edirik. Almaniyalı tursitləri də Türkiyəyə gələnlər sırasında artmasını istəyirik.”

  Qeyd edək ki, bu “səyahət xəbərdarlığı”na baxmayaraq, keçən il Türkiyə turizmində gözlənilən geriləmə çox da olmayıb.



Әlaqәli Xәbәrlәr