Rәcәb Tayyib Әrdoğan Afrika ölkәlәrinә sәfәr edәcәk
Әrdoğan 5 gün davam edәcәk sәfәri çәrçivәsindә Әlcәzair, Mavritaniya, Seneqal vә Malidә görüşlәr keçirәcәk.
913642
Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan 26 fevral-2 mart tarixlәri arasında Afrika ölkәlәrinә sәfәrә gedәcәk.
Әrdoğan 5 gün davam edәcәk sәfәri çәrçivәsindә Әlcәzair, Mavritaniya, Seneqal vә Malidә görüşlәr keçirәcәk.
Mәlumata görә, görüşlәrdә daha çox iqtisadi mәsәlәlәr müzakirә olunacaq.
Qeyd edәk ki, Rәcәb Tayyib Әrdoğan sәfәr edәcәyi ölkәlәrin liderlәrinә dekabr ayında BMT tәrәfindәn keçirilәn sәsvermәdә Qüdsün statusunun qorunmasın lehinә sәs verdiklәri üçün tәşәkkür edәcәk.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.