Hulusi Akar Suriya sərhədinə getdi

Türkiyə ordusu Baş Qərargah rəisi, general Hulusi Akar əməliyyatlarla yaxından maraqlanmaq üçün 18 fevralda Suriya sərhədinə gedib.

913004
Hulusi Akar Suriya sərhədinə getdi

  Türkiyə Silahlı Qüvvələri və müxalifətin Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsini terrorçulardan xilas etmək və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatları davam etdirir.

  Türkiyə ordusu Baş Qərargah rəisi, general Hulusi Akar əməliyyatlarla yaxından maraqlanmaq üçün 18 fevralda Suriya sərhədinə gedib.

  Hulusi Akar və onunla birlikdə olan komandirlər Kilis və Hataya vertolyotla gedib. Ordu başçısı əməliyyatın son vəziyyəti ilə bağlı bölgədəki komandirlərdən məlumat alıb.

 Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Zeytun Budağı Hərəkatı başlanandan üzü bəri 1641 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr