ABŞ-ın Türkiyədəki keçmiş səfiri TRT-yə müsahibə verdi

Amerika Birləşmiş Ştatlarının keçmiş Ankara səfiri Ceyms Ceffri (James Jeffrey): "PYD-YPG-nin PKK-nın Suriya qolu olduğu şübhəsizdir" dedi.

912324
ABŞ-ın Türkiyədəki keçmiş səfiri TRT-yə müsahibə verdi

Amerika Birləşmiş Ştatlarının keçmiş Ankara səfiri Ceyms Ceffri (James Jeffrey) : "PYD-YPG-nin PKK-nın Suriya qolu olduğu şübhəsizdir. Bu həqiqət 2 il əvvəl ABŞ Senatında açıqlanıb, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ölkələr hesabatında da bu informasiya var" dedi.
 
 Ceffri Türkiyə Radio Televiziya Qurumu- TRT-yə verdiyi müsahibədə ABŞ xarici siyasətinin aparıcı simalarının Türkiyənin həyati dəyərini bildiyini söylədi.
 
 ABŞ-ın Suriyanın Münbiç bölgəsini  DEAŞ-dan təmizləmək bəhanəsi ilə əməkdaşlıq etdiyi PKK/KCK/PYD-YPG-nin bölgəni azad edəcəyinə dair verdiyi sözü tutmadığını vurğulayan Ceffri: "Türklərin qəzəbini başa düşürəm. Münbiçdə öhdəliklərimizi yerinə yetirmədik" dedi.
 
 Ceyms Ceffri Vaşinqtonun Suriya siyasəti nəticəsində gərginləşən münasibətlərin gələcəkdə ABŞ-ın regionda qalması ilə artacağını və  Vaşinqtonun Suriya siyasətlərində daim baş verən dəyişikliklər səbəbindən Ankaranın göstərdiyi reaksiyanın normal olduğunu qeyd etdi.
 
 Türkiyə ilə ABŞ arasındakı gərginliyin Münbiç məsələsində də davam edə biləcəyinə  işarə edən Ceffri: "Münbiç mübahisəli bir məsələdir. ABŞ  PKK/KCK/PYD-YPG-nin Fərat çayını keçməyəcəyinə dair söz verdi. Amma PKK/KCK/PYD-YPG keçdi və Münbiçə girdi" dedi.
 
 Keçmiş ABŞ səfiri bütün mənfi hallara baxmayaraq, iki köhnə dost və müttəfiq ölkə arasındakı gərginliklərin uzun sürməyəcəyini bildirərək: "ABŞ xarici siyasətinin aparıcı simaları Orta Şərqin sabitliyi üçün Türkiyənin nə qədər həyati əhəmiyyət kəsb etdiyini  bilirlər və Suriyadakı kimi iki ölkə arasında ortaya çıxan fikir ayrılıqlarının tezliklə həll edilməsini arzulyırlar" dedi.



Әlaqәli Xәbәrlәr