Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Küveytə səfərə gedib

Xarici işlər naziri M.Çavuşoğlu Kuveytə səfəri çərçivəsində Baş nazir müavini və Xarici işlər naziri Sabah əl-Xalid əl-Hamad əs –Sabah və İraqlı həmkarı İbraihim əl Cəfəri ilə görüşüb.

909489
Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Küveytə səfərə gedib

Çavuşoğlu-Cəfəri arasında baş tutan görüşdə ikitərəfli və regional inkişaflar, o cümlədən İraqın yenidən bərpası mövzusunda fikir mübadiləsi olub. Çavuşoğlu, Cəfəriyə bildirib ki, Türkiyənin İraqa güçlü dəstəyi davam edəcək.

Xarici işlər naziri Çavuşoğlu ilə Küveytli həmkarı Sabah görüşündə isə iki ölkə arasında qarşılıqlı reallaşan yüksək seviyyəli ziyarətlər nəticəsində güclənən əlaqələrin daha da irəli pillələrə qaldırılması arzusu təsdiqlənib. Danışıq zamanı regional məsələlər də ətraflı müzakirə olunub.



Әlaqәli Xәbәrlәr