Türkiyənin təhlükəsizliyi ilə əlaqədar narahatlığını başa düşürük

Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson Küveytdə keçirilən Beynəlxalq DEAŞ-la Mübarizə Koalisiyasının Xarici İşlər Nazirlərinin Toplantısında bildirdi.

909820
Türkiyənin təhlükəsizliyi ilə əlaqədar narahatlığını başa düşürük

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson Türkiyənin təhlükəsizliyi ilə əlaqədar narahatlığını başa düşdüklərini söylədi.
 
Orta Şərqə səfər edən Tillerson Misirdən sonra Küveytə gedərək Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da qatıldığı Beynəlxalq DEAŞ-la Mübarizə  Koalisiyasının Xarici İşlər Nazirlərinin Toplantısında  iştirak etdi. 
 
 ABŞ dövlət katibi toplantıda çıxış edərək: "Türkiyənin təhlükəsizliyi ilə əlaqədar narahatlığını başa düşürük" dedi.
 
 Tillerson Suriyada böyük hərbi əməliyyatların sona çatmasının DEAŞ-ın tamamilə məğlubiyyətə uğradılması mənasına gəlmədiyini vurğuladı.
 
 Reks Tillerson Suriyada terrorçulardan azad edilən bölgələrdə sabitliyin təmin olunması üçün 200 milyon dollar məbləğində əlavə yardım göstəriləcəyini də bildirdi.
 
Dövlət katibi Orta Şərq səfəri çərçivəsində cümə günü  Ankaraya gələcək.
 
 Tillerson Ankarada Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
 
 Görüşlərin əsas müzakirə mövzusu Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı olacaq.
 
 ABŞ əməliyyatın Münbicdə davam etdirilməsinin tərəfdarı deyil. 
 
 Türkiyə isə Münbicin separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-dən azad olunması məsələsində qətiyyətlidir.
 
 Görüşlərdə bu mövzudakı fikir ayrılığının qarşısını almaq üçün danışıqlar aparılacaq, Türkiyənin ABŞ rəhbərliyi tərəfindən YPG-yə silah verilməsi ilə bağlı narahatlığı  dilə gətirələcək.
 
 Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tillersonun Türkiyəyə edəcəyi səfərlə ikitərəfli əlaqələrin ya düzəldiləcəyini, ya da tamamilə pozulacağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr