"Zeytun Budağı" əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1141-ə çatdı

Dünən Afrinin qərbindəki 5 kənd də terrorçulardan təmizləndi.

907544
"Zeytun Budağı" əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1141-ə çatdı

Türkiyə Silahlı Qüvvələrinin  Suriyanın Afrin bölgəsində "PKK/KCK/PYD-YPG və DEAŞ terrorçularını zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün başladığı "Zeytun Budağı" əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1141-ə çatdı.
 
 Dünən Afrinin qərbindəki 5 kənd də terrorçulardan təmizləndi, terror təşkilatlarına aid 36 hədəf məhv edildi.
 
 Afrinin cənub-qərbində keçirilən əməliyyatda isə 1 əsgər şəhid oldu.
 
 Hava və quru əməliyyatları planauyğun şəkildə uğurla davam edir.
 
  Bu arada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu qeneralı Hulusi Akar və komandanlar əməliyyat bölgəsini təyyarədən müşahidə etdilər.
 
 



Әlaqәli Xәbәrlәr