Türkiyə XİN bəyanat yaydı

Türkiyə Liviyanın Benqazi şəhərindəki Saad Ben Obadah Məscidində cümə namazı qılan camaatı hədəf alan terror hücumunu qınadı.

907613
Türkiyə XİN bəyanat yaydı

Türkiyə Liviyanın Benqazi şəhərindəki Saad Ben Obadah Məscidində cümə namazı qılan camaatı hədəf alan terror hücumunu qınadı.
 
 Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yaydı.

Bəyanatda hücumda ölənlərə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləndi.
 
 Bəyanatda Türkiyənin Liviyada sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına əhəmiyyət verdiyi və ölkəni xaosa sürükləmək istəyən terrorçulara qarşı Liviyanın mübarizəsini dəstəklədiyi ifadə edilir.
 
 Qeyd edək ki, Liviyanın Benqazi şəhərində cümə namazından sonra məscidə edilən bombalı hücumda ilkin məlumatlara görə 1 nəfər ölüb, 129 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr