Türkiyədə istehsal edilə biləcək heç bir məhsul kənardan alınmayacaq

Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında bildirdi.

904651
Türkiyədə istehsal edilə biləcək heç bir məhsul kənardan alınmayacaq

Türkiyənin dövlət başçısı,  Ədalət və İnkişaf Partiyasının sədri  Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyanın qrup toplantısında çıxış etdi.
 
 Ərdoğan çıxışında yerli istehsaldan danışaraq: "Ölkəmizdə istehsal edilə, yetişdirilə biləcək heç bir məhsulu, proqramı, sistemi təcili vəziyyətlər istisna olmaqla, qətiyyən hazır şəkildə xaricdən almayacağıq. Lazım gəlsə, daha çox vaxt və pul xərcləyərək öz layihələrimizi tətbiq edəcəyik" dedi.
 
 Ərdoğan çərşənbə günü Müdafiə Sənayesi İcra Komitəsinin iclasını keçirdiklərini xatırlatdı.
 
 İclasda birinin maliyyə dəyəri 9,4 milyard dollar olan 55 müdafiə sənayesi layihəsi barədə qərar qəbul edildiyini bildirən dövlət başçısı: "Ölkə daxilində və xaricdə çox mühüm hərbi əməliyyatlar apardığımız bir vaxtda müdafiə sənayesi layihələrimiz  kritik əhəmiyyət kəsb edir. Tamamlanan layihələri nəzərdən keçirərək, daha da təkmilləşdirmək, davam edən layihələri sürətləndirmək, gündəliyimizdəki yeni layihələr barəsində qərar qəbul etmək üçün sürətlə hərəkət etmək məcburiyyətindəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr