"Türkiyə haramzadələrin malı-mülkü değildir", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrinə doğru irəliləmənin davam etdiyini söyləyib.

902963
"Türkiyə haramzadələrin malı-mülkü değildir", R.T.Ərdoğan

    Bitlisdə xalqa səslənən Ərdoğan Zeytun Budağı Hərəkatıyla bağlı deyib: “Oradakı dağlar, şükür olsun ki, alınmağa başlandı. İndi Afrinə doğru gedirik, az qaldı… Öləcəksək, bir dəfə öləcəyik, amma onlar hər gün öləcək… Avropa Parlamentində bir neçə nəfər PKK-nı terror təşkilatı kimi tanıdığı halda bəzi istiqamətini itirənlər əski parçasını boynuna taxaraq binanın içində ağlayırdılar. Hələ daha çox ağlayacaqsınız. Boynunuza o əski parçalarını taxmaqla heç bir yerə çıxa bilməyəcəksiniz. Bizim qərarımızı heç kim dəyişməyəcək… Bu torpaqlar millətə silah uzadan qiyamçılara, küçələri müharibə meydanına çevirən vəhşilərə, əli qanlı terror təşkilatlarına tərk edilməyəcək qədər mübarəkdir. Ölkəmiz illərlə millətin qanını soran keçmiş Türkiyənin haramzadələrinin malı-mülkü değildir".



Әlaqәli Xәbәrlәr