"Bu səfərimi önəmli bir fürsət görürəm", R.T.Ərdoğan

Vatikana hərəkətdən əvvəl İstanbul Atatürk Hava Limanında verdiyi mətbuat açıqlamasında R.T.Ərdoğan deyib...

903354
"Bu səfərimi önəmli bir fürsət görürəm", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Vatikana səfərinin insanı dəyərlərə diqqət çəkilməsi baxımından önəmli bir fürsət olduğunu söyləyib.   

  Vatikana hərəkətdən əvvəl İstanbul Atatürk Hava Limanında verdiyi mətbuat açıqlamasında R.T.Ərdoğan deyib:“Bu səfərimi humanitar dəyərlərə birgə diqqət çəkilməsi, dostluq və sülh mesajları verilməsi baxımından önəmli bir fürsət görürəm. Danışıqlarda Fələstin, Qüds, Suriya, İraq, terrorla mübarizə, qaçqınların problemləri, humanitar yardımlar məsələlərinə toxunacağıq. Papa Fransislə olacaq görüşdə Həmçinin Qərb dünyasında artan İslam düşmənliyi və mədəni irqçiliklə mübarizə mövzusunda fikir mübadiləsi aparacağıq.

  Türkiyə-İtaliya münasibətlərinə də toxunan Ərdoğan bu barədə deyib: "Ölkələrimiz arasında ticarət dövriyyəsi keçən il 20 milyard dollara yaxınlaşdı, ancaq Türkiyə və İtaliyanın potensialı bundan qat-qat çoxdur. 2020-ci ildə ticarət dövriyyəsini 30 milyard dollara çatdırmağı düşünürük. Səfərim zamanı bu istiqamətdə atılacaq ikili addımları müzakirə edəcəyik.”

  R.T.Ərdoğan jurnalislərə açıqlamasında Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində 16 gündür aparılan Zeytun Budağı hərəkatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayının 935-ə yüksəldiyini də diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr