"ABŞ əsgərləri də hədəfimizə tuş gələ bilər", B.Bozdağ

Türkiyənin özəl telekanalında iştirak edən B.Bozdağ gündəmə dair sualları cavablandırıb.

903124
"ABŞ əsgərləri də hədəfimizə tuş gələ bilər", B.Bozdağ

 Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ YPG/PYD terror uniforması geyinmiş Amerika Birləşmiş Ştatları hərbçilərinin də regionda hədəf ola biləcəyini deyib.

  Türkiyənin özəl telekanalında iştirak edən B.Bozdağ gündəmə dair sualları cavablandırıb.

  “Terrorçuların geyimində qarşımıza çıxsalar, hədəfə tuş gələcəklər” deyən hökumət sözçüsü onu da bildirib ki: “Münbiç terrorçulardan təmizlənməsə, oraya da girərik… ABŞ tərəfindən terror təşkilatı YPG/PYD-yə verilən silahların bir qismi bu ərazidədir… Əsgərlərimizə qarşı istifadə edilən silahların hansı ölkələrə məxsus olduğunu ciddi araşdırırıq.”



Әlaqәli Xәbәrlәr