Türkiyə Bosniya və Herseqovinanı təhlükəsiz və sabit bir ölkə kimi görmək istəyir

Bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Dövlət Aparatının sözçüsü İbrahim Kalın söylədi.

897397
Türkiyə Bosniya və Herseqovinanı təhlükəsiz və sabit bir ölkə kimi görmək istəyir

Türkiyə Dövlət Aparatının sözçüsü İbrahim Kalın Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda iştirak etdiyi toplantıdan sonra mətbuat nümayəndələri ilə görüşdü.
 
Kalın Bosniya və Herseqovinadakı separatçı çıxışların Balkanlardakı sülh və sabitliyə qətiyyən fayda verməyəcəyini bildirdi.
 
Sözçü Türkiyənin bu regionda sülh və təhlükəsizliyin tam mənada bərqərar olduğunu görmək istədiyini bildirdi.
 
 Serbiyada səsləndirilən separatçı çıxışlara da toxunan Kalın bunun təkcə Türkiyəni deyil, regionda sülh və sabitlik görmək istəyən digər ölkələri də narahat etdiyini qeyd etdi.
 
 



Әlaqәli Xәbәrlәr