"Türkiyə DAEŞ terroruyla mübarizədə heç kimin qərarını soruşmur", B.Bozdağ

B.Bozdağ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı Zeytun Budağı Hərəkatıyla bağlı deyib...

896994
"Türkiyə DAEŞ terroruyla mübarizədə heç kimin qərarını soruşmur", B.Bozdağ

  Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ölkənin terror təşkilatı DAEŞ-lə mübarizəsini heç kimin mühakimə etməməli olduğunu vurğulayıb.

  B.Bozdağ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı Zeytun Budağı Hərəkatıyla bağlı deyib:

  "Artıq sözlə vaxt keçirmək dövrü bitdi, icra zamanıdır. Amerika Birləşmiş Ştatları (ABŞ) bizimlə həmrəy olmaq istəyirsə, bunun yolu sadədir: PYD/YPG-yə silah verməyi dayandıracaq, onları toplayacaq, terrorçularla birləşib Türkiyəyə qarşı çıxmayacaq və Fəratın şərqinə çəkiləcək..

  Türkiyə DAEŞ terroruyla mübarizədə heç kimin qərarını soruşmur.

  ABŞ rəhbərliyi Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirsə, yəqin ki istəmir, biz də istəmirik. Türkiyə olaraq müəyyən terrorçulara verilən dəstəklərin kəsilməsini istəyirik".



Әlaqәli Xәbәrlәr