“Zeytun Budağı" əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”,R. T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan kəndlərin icra hakimiyyəti başçılarının (kəntxuda) 44-cü toplantısında deyib.

896103
“Zeytun Budağı" əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”,R. T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bunu kəndlərin icra hakimiyyəti başçılarının (kəntxuda) 44-cü toplantısında deyib.

“Bölgənin gerçək sahibləri ilə Türkiyə Silahlı Qüvvələri addım-addım Afrinə nəzarət etməyə başlayıb. Silahla təchiz olunmuş  terror təşkilatının son üzvü məhv edilənədək bu əməliyyat dava edəcək. Vətəndaşlarımızın can və mallarının təhlükəsizliyinə qəsd edən sərhəddən kənar təhdidlər önəmlidir. Biz Suriyadakı ərəb, kürd və türkmən qardaşlarımızın gələcəyinə ən azı özümüzə verdiyimiz qədər əhəmiyyət veririk. Gözümüzün içinə baxa-baxa bizə yalan söylənilməsinə dözmək məcburiyyətində deyilik. Afrin əməliyyatının kürdlərə qarşı olduğunu, Suriyanı işğal etdiyimizi deməyə cəhd göstərənlər də var. İndi infrastrukturu, təhsili ilə dirçəltdiyimiz Rai, Cerablus, Əl-Baba 100 minə yaxın qardaşımız geri dönüb. Afrində də eyni işi görəcəyik. Əvvəlcə terrorçuların kökünü kəsəcəyik, sonra da oranı ölkəmizdə yaşayan 3,5 milyon suriyalı qardaşımız üçün yaşana biləcək  vəziyyətə gətirəcəyik. Əslində, biz kimin harada durduğunu çox yaxşı bilirik. DEAŞ-ı bəhanə edərək Afrini terrorçulara təslim etmək istəyənlər indi həmin qruplaşma ilə birlikdədir. Bunların bir-birindən fərqi yoxdur. PYD də, YPG də, DEAŞ da terrorçudur. Bu terror qruplaşmalarının ipini əlində tutanlar isə işlərinə yarayanların ipini uzadırlar" deyə dövlət başçısı vurğulayıb. 

Ərdoğan bildriib ki, ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə Türkiyənin Münbiçi terrorçulardan təmizləmək üçün "Zeytunluq" hərəkatımız var idi. Təssüf ki, Obama sözünə əməl etmədi. Biz oradakı terrorçuları Fərat çayının şərqinə sürüyəcəyik. Münbiç əhalisinin 95 faizi ərəbdir. Orada kürd yoxdur. Orada yenidən bir terrorçu dövlət qurmaq niyyətindədirlər. Adını “kürd dövləti” qoyacaqdılar. Eynisini Kobanidə etdilər. Orada da Ayn əl-Ərəbdir. Bu bölgəyə də terrorçuları yığıdılar.

Ərdoğan qeyd edib ki, Türkiyənin "Zeytun Budağı" əməliyyatında Azad Suriya Ordusu ilə birlikdə 7-8 şəhidi var: "Ancaq 268 terrorçu zərərsizləşdirilib. Qətiyyətli şəkildə əməliyyat davam edəcək. Bu terrorçuların kökünü kəsəcəyik".



Әlaqәli Xәbәrlәr