“Rusiya ilə gizli bazarlıq yoxdur”, İ.Kalın

Türkiyənin Afrinə təşkil etdiyi “Zeytun Budağı” əməliyyatından əvvəl Rusiya ilə bazarlıq edilib edilmədiyinə dair suala cavab verən İbrahim Kalın “Gizli bazarlıq yoxdur.”dedi.

895689
“Rusiya ilə gizli bazarlıq yoxdur”, İ.Kalın

Türkiyənin Afrinə təşkil etdiyi “Zeytun Budağı” əməliyyatından əvvəl Rusiya ilə bazarlıq edilib edilmədiyinə dair suala cavab verən İbrahim Kalın “Gizli bazarlıq yoxdur.”dedi.

Dövlət Aparatının sözçüsü İbrahim Kalın özəl televiziya kanallarından birində gündəmə dair sualları cavablandırdı.

Rusiyanın “Zeytun Budağı” əməliyyatına necə dəstək verdiyi sualına cavabında dedi ki, gizli bazarlıq yoxdur, “Afrini alın, İdlibi verin” tərzində bir şey bəhs mövzusu olmayıb. Bizim İdlibdə 12 ədəd nəzarət məntəqəsi qurmaq qərarımız təqribən bir ay yarım əvvəl Astana toplantısında qəbul edilmiş, Afrin əməliyyatından müstəqil bir qərardır. Əsasən hazırda silahlı qüvvələrimiz orada 3 ədəd nəzarət məntəqəsi qurub.

Kalın “Fərat Qalxanı” əməliyyatına toxunaraq, “Bu öz başına çox yaxşı bir istinaddır, yəni terror ünsürlərindən bir bölgənin necə təmizləndiyi və oranın xalqına təhvil veriləcəyinə dair yaxşı bir nümunədir. Afrində də oxşar bir tablonun yaranması üçün əlimizdən gələn cəhdi göstəririk” dedi. 

İbrahim Kalın BMT Təhlükəsizlik Şurasının keçən günlərdə “Suriya” başlığı ilə iclas keçirməsi məsələsinə də toxunaraq, bu iclasın Türkiyənin “Zeytun Budağı” əməliyyatı ilə əlaqəli təcili toplantı olmadığını, növbəti iclas çərçivəsində Afrin mövzusuna da toxunulduğunu bildirdi.

İbrahim Kalın qərb ölkələrini də tənqid edərək, “Qərbli ölkələr təəssüf ki, belə düşünür, “DEAŞ mənə hücum etdiyi üçün təcili problemdir. PKK Türkiyənin məsələsidir.” Belə nəzər salsanız bu,  terrorla mübarizədə ikiüzlülükdür.” deyə vurğuladı.



Әlaqәli Xәbәrlәr