Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub

Bu barədə Prezident İqamətgahından verilən məlumatda bildirilib.

895648
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. 

Bu barədə Prezident İqamətgahından verilən məlumatda bildirilib.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı ‘‘Zeytun Budağı’’ əməliyyatı və Suriyadakı son vəziyyət müzakirə olunub.

Dövlət başçısı Rəcəb Tayyib  Ərdoğan  telefon danışığı zamanı “Zeytun budağı” əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və DEAŞ kimi terror təşkilatlarından təmizləmək olduğunu bildirib.

Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.

Hər iki lider Rusiyanın Soçi şəhərində  keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.



Әlaqәli Xәbәrlәr