Rəcəb Tayyib Ərdoğan  Donald Trampla görüşəcək

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

895584
Rəcəb Tayyib Ərdoğan  Donald Trampla görüşəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  ABŞ prezidenti  Donald Trampla görüşəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Diplomatik mənbələrdən verilən məlumata görə,  Mövlud Çavuşoğlu   ‘‘Kimyəvi  Silah İstifadəsinin Cəzasız Qalmaması üçün Beynəlxalq Tərəfdaşlıq’’ adlı  iclasda iştirak etmək üçün səfər etdiyi Fransanın paytaxtı Parisdə  ABŞ-lı həmkarı Reks Tillersonla bir araya gəlib.

 Görüşdən sonra jurnalistlərə açıqlama verən Mövlud Çavuşoğlu: ‘‘ Zeytun Budağı əməliyyatı mövzusundakı həssaslığımızı  bir daha təkrarladıq. Cənab Tramp dövlət başçımızla görüşmək istəyir’’ deyib.



Әlaqәli Xәbәrlәr