Preziden Ərdoğan video-konfrans vasitəsilə əməliyyat mərkəzindəki komandirlər ilə  görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan, Afrinə istiqamətli başladılan Zeytun Budağı əməliyyatının üçüncü günündə video-konfrans vasitəsilə bölgədəki, Baş qərargah və Quru qüvvələr komandirliyində vəzifəli generallardan məlumat alıb.

894776
Preziden Ərdoğan video-konfrans vasitəsilə əməliyyat mərkəzindəki komandirlər ilə  görüşüb

Dünən axşam prezident administrasiyasında reallaşan video-konfransda ilk olaraq hərəkatın sövq və idarəsindən məsul 2-ci Ordu Komandanlığının Hataydaki Əməliyyat Mərkəzinə qoşulan prezident, 2-ci Ordu Komandiri Korgeneral İsmail Mətin Təməl ilə görüşüb.

Prezident daha sonra Baş qərargahın Əməliyyat Mərkəzi və Quru qüvvələri Əməliyyatlar Mərkəzinin qərargahındakı generallarlardan məlumat alıb.

Prezident Ərdoğan danışıqlardan sonra verdiyi açıqlamada hərəkatın planlandığı kimi icra edildiyini və əsgərlərin əhvali-ruhiyələrinin yüksək səviyyədə olduğunu, Türk Silahlı Qüvvətləri mənsublarına, milli təhlükəsizliyi bərpa etmək məqsədiylə Afrindəki terroristlərə qarşı həyata keçirilən əməliyyatda uğurlar arzuladığını bildirib.

 

Prezident Ərdoğan, Hatay valisi Erdal Ata, Şanlıurfa valisi Abdullah Erin, Kilis valisi Mehmet Tekinarslan və Qaziantep valisi Əli Yerlikaya ilə də görüşirək şəhərlərdəki mövzud vəziyyət haqqında məlumat alıb.

 



Әlaqәli Xәbәrlәr