ABŞ nümayəndə heyəti Ankaradadır

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti müşavirinin müavini Jonathan Cohenin  başçılıq etdiyi nümayəndə heyəti Suriya  və ədliyyə sahəsində əməkdaşlıq məsələləri ilə əlaqədar danışıqlar aparmaq üçün Ankaraya gəldi.

894793

 Diplomatik mənbələrdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə ABŞ Müdafiə Nazirliyinin rəsmiləri də daxildir. Heyətlə görüşlər Türkiyə Xarici İşlər Nazirliyində və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında keçiriləcək.
 
  ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, mayor Adrian Rankine Galloway  Afrindəki vəziyyət, o cümlədən, bir çox ortaq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün ABŞ nümayəndə heyəti ilə birlikdə Ankarada olduqlarını açıqlamışdı.
 
 Afrindəki PYD/PKK-çıların DEAŞ əleyhinə koalisiyanın tərkibində olmadıqlarına diqqət çəkən Galloway: "Türkiyənin qanuni təhlükəsizlik qayğılarını ciddi qəbul edirik. NATO müttəfiqimiz və DEAŞ və digər terror təşkilatları ilə mübarizədə tərəfdaşımız olan Türkiyə ilə birlikdə fəaliyyət göstərməyə sadiqik" ifadələrini işlətmişdi.

Әlaqәli Xәbәrlәr