Rәcәb Tayyib Ərdoğan Afrin əməliyyatının qısa müddətdə başa çatacağını bildirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin  bölgәsindә terror tәşkilatları PKK/PYD-YPG vә DEAŞ-a qarşı apardığı әmәliyyatların tezliklә başa çatacağını söylәyib.

893777

Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının Bursa şәhәrindә keçirilәn konqresindә çıxış edib.

Dövlәt başçısı terrorçuların artıq Afrindәn  qaçdığını deyib.

"Biz bu əməliyyatı çox tez bitirəcəyik. Terrorçular Afrindən qaçır, biz isə onları qovacağıq", - deyə Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan bildirib.

‘‘Bütün müsәlmanlar dua edirlәr. Afrindәki uşaqlar da dua edirlәr. Yalnız deyilik’’ deyәn Әrdoğan  ‘‘Zeytun  Budağı’’әmәliyyatından sonra Afrinin hәqiqi sahiblәrinә verilәcәyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr