Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevə zəng edərək başsağlığı verib.

891728
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevə zəng edərək başsağlığı verib.

Dövlət Rəhbərliyi qaynaqlarından əldə edilən məlumata əsasən Ərdoğan həmkarı ilə keçirdiyi telefon danışığında  Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Qəza nəticəsində həyatını itirinlərə Allahdan rəhmət, yaralılara şəfa diləyən Dövlət başçısı Ərdoğan Türkiyə olaraq Özbəkistanın kədərlərini bölüşdüklərini ifadə edib.

Xatırladaq ki, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, sərnişin avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.

Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.



Әlaqәli Xәbәrlәr