Bu ilin ilk Milli Tәhlükәsizlik Şurasının iclası keçirildi

Milli Təhlükəsizlik Şurasının iclasında mühüm qərarlar qəbul edilib.

890790
Bu ilin ilk Milli Tәhlükәsizlik Şurasının iclası keçirildi

Bu ilin ilk  Milli Təhlükəsizlik Şurasının iclasında mühüm qərarlar qəbul edilib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә 4.5 saat davam edәn iclasın yekununda qəbul edilən bəyannamədə Türkiyә  üçün yaranan təhdidlərin qarşısının alınması istiqamətində lazımi addımların dərhal və qətiyyətlə atılacağı  qeyd olunub.

Həmçinin Türkiyənin sərhədləri yaxınlığında yeni bir terror dəhlizinin formalaşdırılmasına və terror ordusunun yaradılmasına icazə verilməyəcəyi, buna qarşı bütün lazımi tədbirlərin görüləcəyi xüsusi vurğulanıb.

İclasda fövqəladə vәziyyәt rejiminin uzadılmasının vacibliyi bildirilib.

Qeyd edәk ki, Milli Tәhlikәsizlik Şurasının yığıncağından sonra  Nazirlәr Kabinetinin iclası da keçirilib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn iclasda terrorla mübarizә vә fövqәladә vәziyyәt rejiminin uzadılması mәsәlәlәri müzakirә olunub.



Әlaqәli Xәbәrlәr