Türk axını üçün təbii qaz qəbulu terminalının inşasına başlanılıb

“Türk axını” qaz boru kəməri (“TurkStream”) üzrə Türkiyədə təbii qazın qəbulu üçün terminalın inşasına başlanılıb.

890618
Türk axını üçün təbii qaz qəbulu terminalının inşasına başlanılıb

“Türk axını” qaz boru kəməri (“TurkStream”) üzrə Türkiyədə təbii qazın qəbulu üçün terminalın inşasına başlanılıb.

Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” şirkətinın yaydığı məlumatda bildirilir ki, layihə üzrə tikinti işləri üç sahə üzrə - Rusiyada və Türkiyədə quruda, eləcə də Qara dənizdə davam etdirilir. Terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir.

Qara dənizin Rusiya sularında Anapa şəhəri yaxınlığında isə quru obyektlərinin tikintisi son mərhələdədir. Obyektlərin tikintisinin bu il başa çatması gözlənilir.

Xatırladaq ki, “South Stream Transport BV” Böyük Britaniyanın “Petrofac” şirkəti ilə “Türk axını” qaz boru kəməri layihəsi üzrə ötən ilin sentyabrında 340 milyon avroluq investisiya müqaviləsi imzalayıb. Müqavilə “Türk axını” boru kəmərinin inkişaf etdirilməsini və Türkiyə tərəfi üçün qaz qəbulu terminalının inşa edilməsini nəzərdə tuturdu. Əsas subpodratçı kimi Türkiyənin “Tekfen” inşaat şirkəti təyin edilmişdi.

Qeyd edək ki, Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. “South Stream Transport B.V.” “Gazprom” şirkətinin 100 faizlik törəməsidir.

“Türk axını” qaz boru kəməri mayda Türkiyə sahillərinə çatacaq. Layihə üzrə qoşa xəttin ümumilikdə 700 kilometrdən çoxunun inşası tamamlanıb və boru kəməri 1860 kilometr uzunluğunda olacaq. 2019-cu ilin sonunda ilk Rusiya təbii qazının Türkiyəyə çatdırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr