Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar NATO-nun iclasında iştirak etdi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Brüssəldəki  NATO hərbi Komitə Baş Qərargah rəislərinin iclası çərçivəsində ABŞ-lı həmkarı  Yosef Dunford ilə görüşüb.

889927
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar NATO-nun iclasında iştirak etdi

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar Brüssəldəki  NATO hərbi Komitə Baş Qərargah rəislərinin iclası çərçivəsində ABŞ-lı həmkarı  Yosef Dunford ilə görüşüb.

Baş Qərargah Rəisliyinin internet saytında yer tutan məlumata əsasən, ordu generalı Akar dünən Brüsseldə keçirilən NATO hərbi Komitə Baş Qərargah rəislərinin iclasında iştirak etdi. İclasda Avropanın cənub-şərq qanadındakı təhlükəsizlik və sabitlik, Əfqanıstanda icra edilən Qətiyyətli Dəstək Missiyası, Alyansın nəzarətlə bağlı fəaliyyətləri, Ukrayna və Gürcüstandakı vəziyyət ilə İraqda icra edilən koalisiya əməliyyatına dair mövzular müzakirə olunub.

Akar iclas çərçivəsində ABŞ-ın Avropa Qüvvələr komandiri ordu generalı Kurtis M. Skarparrottilə yanaşı Ukrayna, Yunanıstan, ABŞ, İspaniya və Almaniyanın baş qərargah rəislərilə ikitərəfli görüşlər keçirdi.

Ordu generalı Hulusi Akar ABŞ-lı həmkarı ilə Türkiyə Silahlı Qüvvələrinin yaxınlaşan Afrin əməliyyatından əvvəl Suriyadakı son vəziyyət və regional təhnlükəsizlik problemlərini ətraflı şəkildə müzakirə etdi.



Әlaqәli Xәbәrlәr