"Belə Türkiyə-Amerika münasibəti olmaz", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PYD/PKK-ya qarşı tədbirlərin Suriyada yalnız Afrinlə məhdudlaşmayacağını bildirib.

889928
"Belə Türkiyə-Amerika münasibəti olmaz", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PYD/PKK-ya qarşı tədbirlərin Suriyada yalnız Afrinlə məhdudlaşmayacağını, Münbiç və Fərat çayının şərqinin də söz mövzusu olduğunu bildirib.

  M.Çavuşoğlu deyib: “Suriya Demokratik Qüvvələri” adından istifadə edərək PYD/PKK terror təşkilatının nəzarəti altında Suriyanın şimalında qurulması planlaşdırılan "Sərhəd Təhlükəsizliyi Qüvvəsi" məsələsilə bağlı Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Reks Tillersonla danışdıq. Belə Türkiyə-Amerika münasibəti olmaz."

  Kanadanın Vankuver (Vancouver) şəhərində keçirilən Şimali Koreya ilə bağlı Xarici İşlər Nazirləri Toplansında ABŞ Dövlət katibi R.Tillersonla da görüşən Mövlud Çavuşoğlu sonra mətbuat nümayəndələrinə açıqlamalar verib.

  Çavuşoğlu deyib: “ABŞ-ın terror təşkilatı YPG-yə dəstəyi və Fətullahçı Terror Təşkilatı (FETÖ) başçısı Fətullah Güləni qaytarmaması kimi iki əsas  problem münasibətlərə zərər verir. Son zamanlar isə Türkiyənin Afrinə qarşı əməliyyatları gündəm mövzusu olub. Afrində olan YPG/PKK terrorçularının həm İdlibdəki müşahidələrimizə, həm Türkiyə Silahlı Qüvvələrinin ötən il təşkil etdiyi Fərat Qalxanı hərəkatı bölgəsindəki əsgərlərimizə, həm Azad Suriya Ordusu mənsublarına, həm də Türkiyəyə qarşı təcavüzlərinə cavab verəcəyik, qarşımıza kimsə çıxmasın. YPG/PKK-ya qarşı görəcəyimiz tədbirlər təkcə Afrinlə məhdudlaşmayacaq, burada Münbiç və Fəratın şərqi də var… ABŞ-ın Müdafiə naziri Ceyms Mattislə də danışdıq. Həm ehtimal edilən sərhəd qoşunları, həm də Türkiyənin Afrində keçirəcəyi əməliyyatı müzakirə etdik… Mattis Türkiyəni sevən və əhəmiyyətini anlayan bir adamdır. O, bu mövzunu yaxından təqib etdiyini, bundan sonra da edəcəyini və bizimlə əlaqə saxlayacağını bildirdi."



Әlaqәli Xәbәrlәr