Türkiyə XİN ABŞ-a sərt reaksiya göstərdi

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada qurmağı hədəf götürdüyü terror ordusuna dair açıqlamalarına sərt reaksiya göstərdi.

888096
Türkiyə XİN ABŞ-a sərt reaksiya göstərdi

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada qurmağı hədəf götürdüyü terror ordusuna dair açıqlamalarına sərt reaksiya göstərdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib: "Terror təşkilatı PYD/PYG-nin ABŞ-ın dəstəyilə Suriyada dırnaqarası “Şimal ordusu” qurmağa hazırlaşdığı barədə beynəlxalq KİV-də yer tutan xəbərlərə görə ABŞ-ın müvəqqəti işlər vəkili yanvarın 10-da  Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənmişdi.

Bu dəfə DEAŞ-la Mübarizə Beynəlxalq  Koalisiyasının sözcüsünün verdiyi açıqlamaya istinadla, qismi olaraq PYD/YPG ünsürlərindən qurulacaq və PYD/PKK-nın da tərkib hissəsində iştirak edəcək dırnaqarası “Suriya Demokratik Qüvvələri”nin komandirliyində fəaliyyət göstərəcək 30 min nəfərdən ibarət “Suriya Sərhəd Qüvvəsi” qurulması məqsədilə koalisiyanın “Suriya Demokratik Qüvvələri” ilə birgə işlədiyi barədə xəbərlər yayıldığı görülür.

Türkiyə DEAŞ-la sahədə mübarizənin və DEAŞ-dan təmizlənən bölgələrdəki sabitləşdirmə fəaliyyətlərinin bir başqa terror təşkilatı olan PYD/YPG ilə əməkdaşlıq edilərək davam etdirilməsinin səhv və əlverişsiz olduğunu hər platformada və səviyyədə dəfələrlə dilə gətirdi.

Digər tərəfdən dırnaqarası “Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi” qurulması barədə koalisiya üzvü olaraq Türkiyəyə müshələt edilməmişdir. Koalisiyanın həmin qərarının koalisiyanın hansı üzvlərinin təsdiqilə qəbul edildiyi məlum deyildir. Təktərəfli atılan addımları Koalisiya adından qəbul edilmiş kimi açıqlamaq DEAŞ-la mübarizəyə də zərər verə biləcək son dərəcə səhv hərəkətdir.

ABŞ-ın vədləri və bəyanatlarına zidd olan şəkildə PYD/YPG ilə əməkdaşlığın davam etdirilməsilə milli təhlükəsizliyimizi və Suriyanın torpaq bütövlüyünü təhlükə ilə üzləşdirən belə təşəbbüslər əsla qəbul edilə bilməz. Bu səhv yanaşmada təkid edilməsini qınayır və Türkiyənin ölkəsinə yönəldiləcək hər növ təhdidi aradan qaldırmağa qətiyyətli və gücü olduğunu bir daha xatırladırıq.”

Qeyd edək ki, ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın sözçüsü polkovnik Ryan Dillon Suriyada ümumilikdə (arxasında PYD/PKK olan) Suriya Demokratik Qüvvələrindən (SDQ) ibarət və 30 min nəfərdən təşkil tapacaq “Sərhəd Təhlükəsizlik Qüvvələri” qurulacağını açıqlayıb.

Dillon “Koalisiya yeni “Suriya Sərhəd Qüvvələri” qurmaq üçün “Suriya Demokratik Qüvvələri” ilə birgə işləyir.” ifadəsindən istifadə etmişdi.



Әlaqәli Xәbәrlәr